featured-image-24218

“Gabala Cup” turniri yenidən bərpa oluna bilər.

Msport.az-ın əldə etdiyi məlumata görə, hazırda “Qəbələ” klubu yarışı keçirmək üçün maliyyə qaynaqları axtarır. Turnirin U-14 və ya U-15 komandaları arasında keçirilməsi planlaşdırılır.

“Gabala Cup” əvvəlki illərdəki kimi əzəmətli olmasa da, yenə də ölkə xaricindən komandaların dəvət olunması nəzərdə tutulub. Böyük ehtimalla, Gürcüstanın uşaq komandaları yarışa gələ bilərlər.

Xatırladaq ki, 2012-2014-cı illərdə üç dəfə təşkil olunmuş “Gabala Cup” turnirində “Barselona”, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Udineze”, “Lokomotiv”, “Liverpul”, “Portu” “Anderlext” məşhur klublar mübarizə aparıb.

AYXAN 

Bənzər xəbərlər