featured-image-30864

Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev qeyd edib ki, Qafqazdan olanların Moskvada iş tapması çətindir.

Msport.az xəbər verir ki, qolkiper Rusiya paytaxtında keçirdiyi günləri xatırlayıb:

“Kimin həytında ağlın başdan getməyi olmur ki. Əlbəttə, olub. Lakin gecə klubları mənlik deyil. Komandada uşaqlar siqaret çəkirdilər, içə bilərdilər. Mən isə atamdan çox qorxurdum. Bilirdim ki, o, məni Moskvaya göndərib, özü isə Dağıstanda qalıb işləyir ki, inkişaf edim.

Əmim və yoldaşı da çox kömək olurdular. Çox sağ olsunlar ki, bu qədər müddət mənə dözdülər. İki il onlarda yaşadım. Sonra valdeyinlərim Mahaşqaladakı evi satdılar və Moskvada mənzil aldılar ki, yaxında olsunlar. Atam iş üçün çox yerə getdi, Qafqazdan olanların Moskvada iş tapması asan məsələ deyildi.

Ancaq o, öz sahəsində – vergilərdə – çox yaxşı mütəxəssisdir. Həm də ağıllı adamdır, ona görə də bir az asan oldu”.

AYXAN 

Bənzər xəbərlər