featured-image-23727

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Gent” – “Qarabağ” oyununa 10 500 bilet satılıb.

Msport.az xəbər verir ki, bu məlumatı CBC Sport-un Belçikaya ezam olunmuş şərhçisi Rüstəm Əfsərli verib.

10 500 biletdən 800-ü “Qarabağ” azarkeşləri alıb. Stadionda Azərbaycan çempionunu həm Avropada olan  həmyerlilərimiz, həm də Belçikada yaşayan türklər dəstəkləyir.

Qeyd edək ki, “Gelamko Arena” stadionu 20 min tamaşaçı tutumuna malikdir.

AYXAN 

Bənzər xəbərlər