Gürcüstan millisinin baş məşqçisi istefaya göndərildi – RƏSMİ
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol istefaya göndərilib.
Msport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Sanyol 2021-ci ildən Gürcüstan yığmasına rəhbərlik edirdi. Komanda onun dövründə – 2024-cü ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Gürcüstan millisi U-21-in baş məşqçisi Revaz Svanadzeyə tapşırılıb. Onunla 2028-ci ilin sonuna kimi müqavilə bağlanıb.
Svanadze U-21-i iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
Qeyd edək ki, Gürcüstan dünən Millətlər Liqasında evdə Şimali İrlandiyaya uduzub – 0:1.







