featured-image-84713

“Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Venger FIFA prezidentliyinə namizədliyi nəzərdən keçirir.

Msport.az xəbər verir ki, FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışan 77 yaşlı mütəxəssis qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib ola bilər.

Venger namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı yekun qərarını gələn həftənin ortalarınadək verməyi planlaşdırır.

Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il, martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.

Bənzər xəbərlər