"Haaland bizim üçün problemə çevrilmişdi" - "Borussiya"nın idman direktoru
“Borussiya Dortmund”un idman direktoru Sebastyan Kel Erlinq Haalandın Almaniya klubunda çıxış edərkən onlara müəyyən problemlər yaratdığını deyib.
Msport.az “Sport Bild”ə istinadən xəbər verir ki, “Mançester Siti”yə keçən norveçli hücumçu Dortmunddakı son dönəmində rəhbərlik üçün başağrısına çevrilib:
“Erlinqin bizim komandamızda uğurlu oyununu etiraf edirik və qiymətləndiririk. Lakin o, “Borussiya”dakı son dönəmində bizim üçün problemə çevrilməyə başladı. Həm klubda, həm də paltardəyişmə otağında. Bütün bunları nəzərə alsaq, onu tam vaxtında satdıq. Yeni mövsümdə bizim 10 qolumuzu on fərqli futbolçu vurub. Bu, qərarımızın doğru olduğunu göstərir”.
Qeyd edək ki, Haaland “Borussiya Dortmund”da 89 oyunda 86 qol vurmuşdu.