Haaland “Mançester Siti”də nə qədər maaş alır?
“Mançester Siti”nin yeni transferi Erlinq Haaland klubun ən yüksək ödənişli ikinci futbolçusudur.
Msport.az “The Sun”a istinadən xəbər verir ki, norveçli hücumçu həftəyə 433 min avro və ya ilə 22,5 milyon avro qazanır.
“Siti”də Haalanddan daha yüskək əməkhaqqı alan yalnız bir futbolçu var – yarımmüdafiəçi Kevin de Brüyne. 2021-ci ilin aprelində bağlanan müqaviləyə əsasən Belçika millisinin üzvü həftəyə 462 min avro (ilə 24 milyon avro) alır.
22 yaşlı Haaland “Mançester Siti”nin heyətində 8 oyunda 12 qol vurub və 1 məhsuldar ötürmə verib.