featured-image-809

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanan və dördqat qitə çempionu ola bilməyən Hacı Əliyev sosial şəbəkədə bununla bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızın üzvü əsas hədəfinin Olimpiya oyunlıarı olduğunu yazıb:

“Dördüncü dəfə Avropa çempionu olmaq nəsib olmadı. Amma yenə də xeyirlisi. Məni tək qoymadığınız üçün minnətdaram. Hamınıza təşəkkür edirəm. Bu hələ son deyil. Hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır”.

31 yaşlı pəhləvan Macarıstan təmsilçisi İsmail Musukayevlə final görüşündə baş verənləri izah edə bilmədiyini də diqqətə çatdırıb: “Düşündüklərimin döşəkdə necə alındığını bilmirəm. Güləş belədir. Baş verənləri izah etmək çətindir. Nə qədər xal qazanacağını heç vaxt bilmirsən. Görüşə zehnən hazır idim. Daim qələbəyə köklənsən də, səni nələrin gözlədiyini bilmirsən”.

Qeyd edək ki, Hacı Əliyev həm də üçqat dünya çempionu və ikiqat olimpiya mükafatçısıdır.

 

media-277360573_1157110368414570_1818076026784575906_n

Bənzər xəbərlər