Hacı Əliyev əsas hədəfindən yazdı - Məhəddin Allahverdiyevi unutdu
Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev “İnstaqram” hesabında paylaşım edib.
Msport.az xəbər verir ki, 31 yaşlı pəhləvan bundan sonra əsas hədəfinin Paris Yay Olimpya oyunları olduğunu yazıb:
“Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu tarixi özüm də dəyişə bilərəm”
Hacə Əliyev ya Məhəddin Allahverdiyevdən xəbərsizdir, ya da müstəqil Azərbaycanın güləş tarixini nəzə alıb. Çünki Allahverdiyev SSRİ yığmasının tərkibində yunan-Roma güləşi üzrə dünya çempionatlarında (1985, 1986, 1987) 3 dəfə qızıl medal alıb.