Hacı Əliyev mübarizəyə başlayır
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Msport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Levan Metreveli ilə (İspaniya) üz-üzə gələcək. Mübarizəyə 1/4 finaldan qoşulacaq Hacı Əliyevin (65 kq) rəqibi Munir Aktaş (Türkiyə) – Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq. Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalla qarşılaşacaq. Əşrəf Aşırov (79 kq) bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək. Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində Lukas Krasauskasla (Litva) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.