Hakim Ziyeş Braziliya klubunda – RƏSMİ
“Çelsi”nin sabiq vingeri Hakim Ziyeşin “Botafoqo”ya transferi rəsmiləşib.
Msport.az xəbər verir ki, 33 yaşlı mərakeşli futbolçu Braziliya klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Bu barədə “Botafoqo”nun mətbuat xidməti məlumat yayıb. Ziyeşin “Botafoqo”ya keçəcəyi barədə daha əvvəl məşhur insayder Fabritsio Romano məlumat yaymışdı.
Ziyeş cari ilin yayından azad agent statusunda idi. O, 2020-2023-cü illərdə “Çelsi”də çıxış edib. Daha sonra “Qalatasaray”a keçən futbolçu İstanbul təmsilçisində 1,5 mövsüm oynayıb.
Avropadan ayrıldıqdan sonra Ziyeş Qətərin “Əl-Duhail” və Mərakeşin “Vidad” klublarında çıxış edib.







