featured-image-22568

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sabah”a qarşı Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat keçirilən mətbuat konfransında baş hakim Vüqar Həsənlini tənqid etsə də, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmadı.

Halbuki bununla bağlı İntizam Məcəlləsində xüsusi bənd var. Orada qeyd olunub ki, mətbuat konfransında hakimlərin ünvanına şər-böhtan və təhqiramiz ifadələr işlətmək qadağandır. 43 yaşlı mütəxəssis isə jurnalistlər önündə çıxışı zamanı referini kəskin tənqid edib: “Özümə söz vermişdim ki, hakimlərlə bağlı fikir bildirməyəcəyəm. Amma vaxtı çatıb. Vüqar Həsənli layiqli qələbə qazandı. Əlindən gələnin ən yaxşısını etməyə çalışdı və etdi. Gəncədə “Kəpəz”lə matçda da qapımıza haqsız yerə penalti təyin edildi. Məncə, hakimlər bizə qarşı bir az fərqlidirlər. Hakimin verdiyi qərar oyunçularda qıcıq yaradır”.

Məsələ ilə bağlı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. İK rəsmisi Msport.az-a açıqlamasında Baxşıyevin cəza almamasını bu cür əsaslandırdı: “İntizam Komitəsi AFFA nümayəndəsinin təqdim etdiyi raport əsasında qərar verir. Əlimizdə hər hansı sübut olmadan kimisə cəzalandıra bilmərik”.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

CAHİD 

Bənzər xəbərlər