featured-image-48818

Azərbaycanın güləş hakimi Asif Şirəliyev ikinci dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alıb.

Msport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.

Bənzər xəbərlər