Hakimləri təhqi edən klub prezidentinin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Msport.az xəbər verir ki, yığıncaqda “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev barəsində verilən qərardan şikayətə baxılıb.
Onun apellyasiyası təmin edilməyib. II Liqada XIX tur çərçivəsində keçirilən “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra hakimi təhqir etdiyinə görə verilən cəza qüvvədə saxlanılıb.
Qeyd edək ki, klub prezidenti 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Ona 3 ay sınaq müddəti təyin edilib. Klub da 400 manat cərimə olunub.