featured-image-11166

“Viktoriya Plzen”in heyətində “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda bərabərlik qolunu vuran Yan Kopiç jurnalistlərin suallarını cavablandırıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Çexiya klubunun futbolçusu çox xoşbəxt olduğunu deyib.

  • Necəsən? 
  • Əla, bu, böyük eyforiyadır. Keçən dəfə Çempionlar Liqasının qrupuna birbaşa düşdüyümüzdən daha önəmlidir. İndi üç mərhələ keçməli olduq: biz 6 ağır matçda davam gətirdik. Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağa layiq idik. Ümid edirəm ki, orda da nəsə edə bilərik.
  • “Qarabağ” hesabı açanda əsabləşdiz? 
  • Bu, narahatlıq yaratdı. Lakin hələ çox vaxtımız var idi. İkinci hissənin əvvəlində “Qarabağ” dəhşətli dərəcədə vaxtı uzatmağa çalışdı. Nəticədə, onları cəzalandırdıq.  Oyunu layiqincə çevirdik və mübarizəni davam etdiririk.
  • Yəni heç bir stress yox idi? Fasilədə paltardəyişmə otağında nə danışılırdı? 
  • Xüsusi heç nə. Bilirdik ki, Kliment – sürətli bir futbolçu meydana çıxacaq. Buna görə də uzun ötürmələr verə bildik. Təzyiqi artırdıq, nəticədə qapıçının səhvindən sonra hesab bərabərləşdi – 1:1.
  • “Qarabağ” futbolçuları topu gecikdirməyə başlayanda bu sizdə həyəcan yaratmadı? 
  • Əksinə, hamımızın içində qəzəb var idi. Qorxurdum ki, bu kiminsə içində partlayıb komandanı zəiflədər. Xoşbəxtlikdən hesabı tez bərabərləşdirdik. Əgər bir az da bu cür hesab davam etsəydi, vəziyyət daha pisləşərdi. “Qarabağ” dişləməyə davam edəcəkdi. Lakin yaxşı ki, biz hər şeyi düzəltdik.
  • Bərabərlik qolu ilə rəqibi yaraladız.
  • Standart vəziyyət, sadə zərbə və qol. Bundan sonra rəqib bir az nəsə etməyə çalışdı, ancaq biz təzyiqi artırdıq. Növbəti qolu vurmağımız artıq vaxt məsələsi idi.
  • Son nəticə tez-tez oyunlarınızda qeydə alınan 2:1 hesabı oldu. Təcrübəli kapitan Lukas Pernitsanın “bu hesabı artıq patentləşdirə bilərik” fikiri ilə razısan? 
  • Yəqin ki, bu artıq təsadüf deyil. Kaş ki, belə davam etsin. Evdəki bu cür geridönüşdən sonra hər şey şirin oldu. Başqa nə arzulamaq olar? Biz fasiləyə məğlub getmişdik, amma oyunu çevirə bildik. Bundan sonra böyük eyforiya yarandı.
  • “Qarabağ” əvvəlki mərhələlərdə qarşılaşdığınız HİK, “Şerif”dən daha güclü rəqib idi? 
  • Sözsüz. İrəlidə çıxış edən futbolçuları yüksək səviyyəlidir. Onlar bizə böyük problemlər yaradırdılar. Ancaq komanda olaraq biz bunun öhdəsindən gələ bildik. Əgər bir-birimizə dəstək verə-verə oynasaq, istənilən rəqibi məğlub etməyi bacararıq.
  •   Çempionlar Liqası matçlarında sizə o qədər də inanmayan tənqidçilərə də cavab vermiş olduz. 
  • Səkkizinci ildir Plzendəyəm və gəldiyim gündən eşidirəm ki, Plzen uğurla doludur. Görürsən, hələ heç nə…

Bənzər xəbərlər