featured-image-24008

“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.

 

Msport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

 

– Bu gün istəyirdik ki, üç xal qazanaq. Oyuna bu cür hazırlaşmışdıq. Matçdan qabaq da oyunçularımla toplantıda demişdim ki, bura qələbə üçün gəlmişik. Açıq oyun gedirdi. İki yaxşı komanda oynayırdı. Şansımız var idi ki, hesabı 2:0 edək. Amma yararlana bilmədik. Vicdanla danışsaq, “Qarabağ”ın da qol epizodları oldu və yararlana bilmədilər. Ataa Caberi itirdik. O mərkəzdə vacib oyunçu idi. Deyərdim ki, hesab ədalətli oldu.

 

– Digər komandalarla matçlarda da bu cür oyun oynamağa nə mane olur?

– Düşünmürəm ki, digər komandalarla matçlarda xal itirmişik. Bəlkə də oyun sizin bəyənmədiyiniz tərzdə gedib. Amma iki yaxşı komanda arasında oyun gedəndə, fanatlar, sizlər üçün yaxşıdır. Digər komandalara qarşı oyun belə açıq getmir. Digər rəqiblər çalışırlar arxaya qapansınlar və əks-hücumdan yararlansınlar. Həqiqətən fərqli oyunlardı. Çalışırıq ki, digər rəqiblərimizə qarşı da belə oynayaq. Ancaq eyni anda xallar da qazanmalıyıq.

 

– Oyundan sonra kollektivi yanınıza toplayıb meydanın mərkəzində emosional çıxış etdiniz. Nə danışdız?

– Mən onlara dedim ki, bu gün qələbəyə çox yaxın idik. Bugünkü oyunda məqsədimiz qələbə qazanmaq idi. Amma sonda hesab və oyunumuzdan razı qaldıq. Buraxdığımız qol çox asan oldu. “Qarabağ”ın futbolçusuna imkan verməli deyildik ki, kənardan ötürmə etsinlər. Kornerə də çıxarmaq olardı. Elə qarşılamalı idik ki, bizim üçün təhlükə yaranmasın. Əvvəl də vurğuladığım kimi, bu proses davam edir, çalışırıq daha yaxşı oynayaq. Çalışıram oyunçularıma başa salım ki, onların oynadığı klub böyük klubdur, böyük ənənəyə malikdir. Bu formanı daşımaq özü ağırlıqdır. Buna ciddi yanaşmasalar, lazımı kimi qəbul etməsələr çətin olacaq.

 

– Keçən oyunda da İsmayıl Zülfüqarlını oyuna sonradan daxil edib, əvəzlədiz. Bu gün də elə oldu…

– Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla qarşı heç bir iradım yoxdur. Ya da digər oyunçuya. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Əgər məni baş məşqçi kimi anlamaq istəsəz, taktiki dəyişiklikdir.

 

– Gənc oyunçuya psixoloji təsir etməkdən qorxmursuzki?

-Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəz, İsmayıl hər dəfə sonradan da olsa, oyuna daxil olur. Evdəki matçımızda İsmayılın oyunundan narazı qalmışdım. Çalışdım onu həvəsləndirim və nəyi düzgün etməli olduğunu öyrədim. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək.

 

– Ataa Caberin zədələnməsindən sonra futbolçular sanki qorxdular. Dərhal da qol buraxdınız. Bunun təsiri ola bilər?

– Vaxtım olmadı ki, siz gördüyünüz kimi görüm. Sözün əsl mənasında oyuna konsentrasiya olmuşdum. Futbolda belə şeylər baş verir. Bizim üçün yaxşı an deyildi. Caberə görə də üzülürəm. Futbolçular peşəkardırlar və bilirlər ki, hər an risk baş verə bilər. Bu, bizim həyatımızdı və öyrəşmişik.

 

– Eddi İsrafilov qayıtdıqdan sonra bu gün fərqli oynadız. Ehtiyatda isə onu əvəzləməyə oyunçu yoxdur. Kimsə zədələnsə, komandanın taleyi necə olacaq?

– Nə edə bilərik? Əlbəttə ki, aparıcı oyunçu zədələndə, komandadan ayrı düşəndə, bunu dərhal görmək olur. Ümid edirəm ki, Fərid Yusifli də zədədən sonra bərpa olunub komandaya qayıdacaq. İsmayıl, Ömər, Mərtə də imkan yarandıqca şans verirəm. Yaxşı məşqlər edirəm. Bir dəfəyə bu qədər çox oyunçu gətirə bilmərik. Addım-addım etməyə çalışırıq. Bunu etmək üçün imkan və büdcə lazımdır. Əlbəttə ki, biz də iki bərabər səviyyəli heyətimizin olmasını istəyərik. Amma buna görə büdcə lazımdır. Kim “Neftçi”də işləyirsə, hamı bu problemlərdən agahdır. Çalışırıq ki, addım-addım komanda üçün faydalı işlər görək.

 

– “Qarabağ” ikinci hissədə əsas oyunçularını meydana buraxdı və heç-heçəni əldə etdi. “Neftçi”nin əsas heyəti “Sabah” və “Qarabağ”ın əsas heyətinə qarşı mübarizə apara bilmirsə, Konfrans Liqasında nə edəcək?

– Konfrans Liqasına hələ çox var. Haqlısız. “Qarabağ”a baxsaq, onların ehtiyat qüvvədəki oyunçuları da güclüdür. Qeyd etmədiniz ki, hələ dörd zədəli futbolçuları da var. Hansı ki, ehtiyat skamyada deyildilər. Onlar da çox yaxşı oyunçulardır, böyük təcrübəyə malikdirlər. Bu cür oyunlarda özlərini çox yaxşı göstərirlər. Biz də bunun üzərində işləyirik. Bəzi problemləri aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Siz dediyiniz onda baş verə bilər ki, Konfrans Liqasında oynayaq və gəlir əldək. Onda daha çox oyunçu cəlb edə bilərik.

 

– Qışdan sonra “Neftçi”də stabillik var və son 5 oyuna eyni heyətlə çıxmısız. Matçın gedişində hücumu gücləndirəcək oyunçu yoxdur. Ehtiyat skamyadan nə qədər razısız? Yeqor Boqomolski və Vato Arveladzedən nə dərəcədən razısız? Ehtiyat skamyadakı hücum potensialı haqda nə düşünürsüz?

– Yeqordan çox razıyam. Xatırlasaz, hücumçu variantı olmadığımz zaman “Zirə” ilə kubok görüşündə Yeqor oynadı və qol vurdu. İndi bizdə Mateus var. Bugünkü oyunda heç də pis təsir bağışlamadı. Oyunu ilə onu dəyişməli olduğumuzu göstərmədi. Yeqor çox yaxşı məşq edir və şans alacaq. Vato da uzun müddət zədəli idi. Demək olar ki, Vato komandada olandan ilk dəfədir ki, ayyarımdır bütün məşqlərdə iştirak edir. O da yavaş-yavaş xeyir verəcək. Sezar Meza Kollidən də razıyam. Amma istədiyi formaya gəlməsi üçün zaman lazımdır. Çox yaxşı məşq edir, 3-4 kq çəki atıb, yaxşı formadadır. Oyundan-oyuna daha çox vaxt əldə edəcək. (Sportal.az)

Bənzər xəbərlər