“Hələ ki, yekun qərar verməmişəm” - Qurban Qurbanov
“Hələ ki, yekun qərar verməmişəm. Sabah hər iki qapıçının meydana çıxmaq şansı var. Oyun vaxtı kimin heyətdə olduğunu biləcəksiz”.
Msport.az xəbər verir ki, bunu “Gent”lə Konfrans Liqasının oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, yeni legionerlərdən bəzilərinin şans əldə edə biləcəyini vurğulayıb:
“Heyətdə dəyişikliklər az olmadı. Xüsusən də zədəli və gedənləri nəzərə alsaq. Bu gün 3-4 futbolçu komandada yoxdur, asan deyil. Biz heyəti hələ tam komplektləşdirməmişik. Kadi, Ovusu, Vadji getdi, Abbas zədəlidir. Bəziləri hələ özünə tam gəlməyiblər. Bütün bunlar narahat edir”.
AYXAN







