featured-image-52847

17 yaşlılardan ibarət milli komandamızın üzvü Həsən Nəzərov “Ankaragücü” klubunun əsas heyətində ilk oyununa çxıb.

Msport.az xəbər verir ki, Ankara təmsilçisi Türkiyə I Liqasının II turunda səfərdə “Ərzurumspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı üztünlüyü ilə başa çatıb – 1:0.

Həsən görüşün 84-cü dəqiqəsində meydana çıxıb. İlk turda “Ankaragücü”nün heyətində fərqlənmiş Renat Dadaşov bu dəfə fasilədən sonra meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, Həsən Nəzərov “Ankaragücü”nün U-17 və U-19 komandalarında çıxış edib.

Bənzər xəbərlər