featured-image-12663

“Roma”nın əfsanəsi Françesko Totti 17 il nigahda olduğu xanımı İlari Blazi ilə ayrılığından danışıb.

Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “10 nömrə” həmin hadisədən depresiyaya düşdüyünü deyib:

“Son bir neçə ayda etdiklərim və danışdıqlarım uşaqlarımızı qorumaq üçün idi. Onlar hər zaman həyatımda əsas prioritet olacaqlar. Nigahımızı xilas etmək üçün cəhdlər etdim. Lakin indi başa düşürəm ki, hər nə qədər ağrılı olsa da, ayrılıqdan qaçmaq mümkün deyildi”.

İtaliya mətbuatının yazdığına görə, hələ 18 ay əvvəl İlarinin Tottinin şəxsi məşqçisi Kristiano İovino ilə eşq macərası başlayıb. Totti məsələyə belə münasibət bildirib:

“Aldadıldığımı öyrəndiyim ilk günlərdə səsimi çıxarmadım. Hələ də ailəmi xilas edə biləcəyimi fikirləşirdim. Atam vəfat etdi. COVİD oldum. 25 gün evdən bayıra çıxa bilmədim. Həyat yoldaşım ona ən çox ehtiyac duyduğum anlarda yanımda deyildi.

İlk xəyanət edən mən olmamışam. Ötən ilin sentyabrında eşitdim ki, İlarinin həyatında başqa adam var. 20 il bir yerdə yaşadığımız müddətdə heç vaxt onun telefonuna baxmamışam. O da məni yoxlamayıb. Lakin etibar etdiyim müxtəlif insanlardan bununla bağlı xəbərdarlıq alanda şübhələr yaranmağa başladı. Telefonuna baxdım və o mesajları gördüm”.

İtaliya millisinin sabiq futbolçusunun sözlərinə görə, bu hadisədən sonra depresiyaya düşüb, gecələr yata bilmirmiş:

“Özümü elə aparırdım ki, guya heç nə olmayıb. Amma özümdə deyildim. Yeni sevgilim Noemi ilə tanışlıqdan sonra bu vəziyyətdən çıxdım. Mənim Noemi ilə tanışlığımdan əvvəl İlari başqa kişilərlə görüşürdü”.

Bənzər xəbərlər