featured-image-48357

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Msport.az xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mundialın ikinci günündə Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq) və Acelya Toprak (57 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

—————————————————————–

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında finala yüksəlib.

Msport.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edib. Onun həlledici qarşılaşmada rəqibi Tatsuki İşihara (Yaponiya) – Ankzaya Lavjarqal (Monqolustan) cütünün qalibi olacaq.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları – Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.

Bənzər xəbərlər