featured-image-82574

Rumıniya Superliqasında 9-cu turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə FKSB-nin qonağı olub.

Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2. Cəlal Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 84-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 16-a çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Bənzər xəbərlər