I Liqa: Bu gün daha 3 oyun olacaq
Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, bu gün daha 3 matç baş tutacaq.
Çempionatın autsayderlərindən olan MOİK Binə stadionunda “Cəbrayıl”ı qəbul edəcək. Turnir cədvəlində sonuncu pillədə olan “Difai” isə Ağsuda “Şahdağ Qusar”la qarşılaşacaq.
Digər görüşdə “Mingəçevir” “Şimal”ı sınağa çəkəcək. Oyunların hamısı 14:30-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Baku Sportinq” – “Şəfa” oyunu ilə yekun vurulacaq.
16 oktyabr (cümə axşamı)
14:30. MOİK – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov
Binə qəsəbə stadionu
14:30. “Mingəçevir” – “Şimal”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
14:30. “Difai” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov
Ağsu şəhər stadionu