I Liqa: İddiaılar turu qələbə ilə başa vurdular
Azərbaycan I Liqasında 3-cü tura yekun vurulub. Msport.az xəbər verir ki, ikinci oyun günündə iddialılardan “Karvan” və “Qəbələ” 3 xala seviniblər.
Yevlax klubu öz meydanında “Baku Sporting”i 3:1 hesabı ilə məğlub edib.
“Qəbələ” doğma divarlar arasında “Mingəçevir”dən üstün olub – 2:0
“Zaqatala” isə “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirib. Meydan sahiblərinin heyətində Jan Pol Assumu dubl edib.
I Liqa
III tur
25 oktyabr
“Cəbrayıl” – “İmişli” 0:2
Qollar: Pablo Enrike Alves, pen-45+1, Seyxan Fərəcov, 90+2.
MOİK – “Difai” 2:2
Qollar: Mirəli Əhmədov, 65, Cavidan Abbaszadə, 82 – İlham Allahverdiyev, 24, Sənan Ağayev, 29.
Qırmızı vərəqələr: Sənan Ağayev, 90+4, Tahir Zeynalov 90+1 (hər ikisi “Difai”)
26 sentyabr
“Karvan” – “Baku Sportinq” 3:1
Qollar: Ezekiel Morqan, 45+3, Bəhruz Teymurov, 46, Emil Qasımov, 85 – Elvin Valliev, 67
“Zaqatala” – “Qaradağ Lökbatan” 4:0
Qollar: Əbu Sufyan Vaddu, 7, Jan Pol Assumu, 21, 59, Sərxan Abdullayev, 30.
“Qəbələ”- “Mingəçevir” 2:0
Qollar: Şahin Şahniyarov, 27, Domi Massumo, 30.
3 turdan sonra hesabında 9 xal olan “Karvan” turnir cədvəlinə başçılıq edir. “Qəbələ” 7 xalla 2-ci, “İmişli” 6 xalla 3-cü yeri tutur.