I Liqa: "Şahdağ Qusar" səfərdən qələbə ilə dönür
Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları davam edir.
Msport.az bu gün daha üç qarşılaşma baş tutub.
Mövsümə uğursuz başlayan MOİK “Cəbrayıl” üzərində inamlı qələbə qazanıb. “Hərbiçilərin” heyətində Seyxan Fərəcov het-trbk edib.
“Şahdağ Qusar” səfərdə çempionatın autsayderi “Difai”ni məölub edib. “Mingəçevir” isə doğma divarlar arasında “Şimal”dan üstün olub – 3:1. Meydan sahiblərinin heyətində Abba Usman dubl edib.
I Liqa, V tur
MOİK – “Cəbrayıl” 4:1
Qollar: S.Fərəcov, 7, 60, 48 (pen), E.Məmmədov, 51 – T.Əhmədov, 77
Qırmızı vərəqə: Z.Abdurahmanov, 63 (MOİK)
“Difai” – “Şahdağ Qusar” 1:2
Qollar: H.Şirəliyev, 32 – S.Ağalarov, 37, F.Camalov, 42 (pen)
“Mingəçevir” – “Şimal” 3:1
Qollar: A.Usman, 42, 57, R.Cəfərli, 55 – X.Bədirov, 17