I Liqa: "Zaqatala" və "Şahdağ Qusar" qələbə ilə başladı
Azərbaycan I Liqasında 2025-2026-cı illər mövsümünə start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə iki görüş olub.
“Zaqatala” doğma divarlar arasında “Cəbrayıl”ı qəbul edib. Meydan sahibləri Mahmud Məmmədovun 22-ci dəqiqədə vurduğu qol hesabına 1:0 hesabı ilə qələbə qazanıb.
Binə qəsəbə stadionunda isə “Ordu” və “Şahdağ Qusar” komandaları qarşılaşıblar. Qonaqlar Ruslan Vorontsovun dublu sayəsində matçdan 2:1 hesabı ilə qalib ayrılıblar. İlham Yadullayevin rəhbərlik etdiyi “hərbçilər”in yeganə qolunu Seyxan Fərəcov vurub.
Turun digər oyunları sentyabrın 12 və 13-də keçiriləcək.
12 sentyabr
16:30. “Şəfa” – “Şimal” Binə qəsəbə stadionu
19:00 “Səbail” – “Mingəçevir” ASKO Arena
13 sentyabr
16:30. “Baku Sportinq” -“Difai” Buzovna qəsəbə stadionu