İddiaçılar Turniri: Rəcəbov həmişəki kimi heç-heçə ilə başladı
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində ilk görüşünü keçirib.
Msport.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan həmyerlimiz 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.