İki güləşçimiz “qızıl” üçün mübarizə aparacaq
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.
Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumia ilə, Taleh Məmmədov (63 kq) isə digər gürcüstan təmsilçisi Leri Abduladze ilə qüvvəsini sınayacaq.
Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) – Denis Horvat (Slovakiya) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Metehan Başar (Türkiyə) – Yohan Danielov Dimitrov (Bolqarıstan) görüşünün qalibi, Beka Kandelaki isə Alin Aleksuk-Çurariu – Dariuş Attila Vitek (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.