featured-image-50661

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Msport.az xəbər verir ki, İspaniya və Fransa yığmaları üz-üzə gəliblər. Münhen şəhərində yerləşən “Alyants Arena”da baş tutan qarşılaşma ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə fransızlardan Randal Kolo-Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal tarazlığı bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Bununla da İspaniya millisi ilk finalçı olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu iyulun 10-da Niderland və İngiltərə yığmaları arasında olacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bənzər xəbərlər