"İlk həftədə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm" - "Qarabağ"ın yeni transferi
“Qarabağ”ın yeni transferi Redon Cica debütündan danışıb. Msport.az xəbər verir ki, hücumçu Albaniya mətbuatına təəssüratlarını bölüşüb:
“Debüt etmək əla idi. Komandaya alışmışam, yaxşı uyğunlaşıram. Düşünürdüm ki, oyunçularla münasibətlər qurmaq çətin olacaq, amma hamı məni çox yaxşı qarşıladı”.
Cica hələ ki Bakıya uyğunlaşmağa çalışdığını deyib: “Yaşadığım evdən klubun bazasına maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. İlk həftədə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm”.
Cica “Qarabağ”ın sabiq albaniyalı futbolçusu Ansi Aqoli haqda danışarkən Azərbaycanda onun qədər sevilmək istədiyini qeyd edib:“O, burada əfsanə idi. Aqollini burada tək futbolçu kimi yox, insan kimi də çox sevirlər. Ümid edirəm ki, bir gün onlar məni Aqolini sevdikləri qədər sevəcəklər”.
Albaniyalı hücumçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla ilk söhbətindən danışıb: “İlk gün mənə dedi ki, sənə inanırıq, Səni izlədik və bacarıqlarını gördük. Sənə tam güvənirəm. “Şamaxı” ilə matçdan sonra debütüm münasibətilə məni təbrik etdi”.
24 yaşlı hücumameyilli yarımmüdafiəçi “Qarabağdakı maaşı haqda danışmaq istəməyib: “Bilirəm ki, biz albanlar maraqlı insanlarıq. Amma bizim bir ifadəmiz var ki, maaşı da, sevgilini də göstərmirik. “Qarabağ”a pula görə yox, daha güclü komandada oynamaq üçün gəlmişəm”.
ANAR ABDULLAYEV







