featured-image-85198

Amerikalı milyarder İlon Maskın tanınmış vəkili Aleks Spiro və Amerika futbolunun əfsanəsi Tom Bredi İngiltərənin “Çelsi” klubuna investisiya yatırmaq məqsədilə danışıqlara qoşulublar.

Msport.az xəbər verir ki, tərəflər London təmsilçisinin əsas səhmdarı olan “Clearlake Capital” şirkəti vasitəsilə kluba sərmayə qoymaq imkanlarını müzakirə edirlər.

Bu razılaşmalar uğurla başa çatacağı təqdirdə, həm Aleks Spiro, həm də Tom Bredi “Clearlake”də məhdud tərəfdaş (limited partner) statusu əldə edəcəklər.

Lakin əldə olunacaq bu paya baxmayaraq, hər iki şəxsin “Çelsi”nin idarəçiliyində səsvermə hüququ olmayacaq.

Bənzər xəbərlər