featured-image-82773

“İmişli” daha bir sabiq futbolçusunu geri qaytarıb.

Msport.az xəbər verir ki, Ronaldo de Souza yenidən bu komandanın formasını geyinəcək.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Ronaldo karyerası ərzində Braziliyanın “Kruzeyro” klubunun U-17 və U-20, Portuqaliyanın “Sportinq” klubunun U-23 komandalarında, həmçinin bu ölkənin “Alverka” və “Anadiya”, İndoneziyanın isə “Borneo” klublarında çıxış edib.

O, daha əvvəl “İmişli”nin heyətində 29 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər