featured-image-22436

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dini inancının qabardılması məsələsinə aydınlıq gətirib. Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis sports.az-a müsahibəsində komandaya dini baxışlara görə futbolçu götürmədiyini deyib:

“Ağlım kəsəndən anamın namaz qıldığını görmüşəm. Həm də baxır nə cür namaz qılırsan. Həqiqətən Allah üçün edirsən, doğru edirsən, peyğəmbərimiz kimi edirsənmi? Hamımız müsəlmanıq, hamımızın peyğəmbəri var. Məncə, dərinliyinə gediləsi bir mövzu deyil. Sadəcə, hər müsəlmanın boynuna düşən bir öhdəlikdi, vəzifədi. Hə, kimsə bunu bacarır, kimsə bacarmır. Və belə bir şey də yoxdu ki, kim namaz qılmırsa, müsəlman deyil. Şükürlər olsun Allaha, hamımız müsəlmanıq, peyğəmbərlərimizi tanıyırıq. İnanclı insanlara qarşı hər zaman münasibət birmənalı olmayıb, daim müsəlmanları parçalamağa çalışıblar və s. Amma o qədər inanclı olmayan və ya belə deyək, riayət etməyən insanlar da var ki, mərddi, dürüstdü.
Mən dinimizdən məsuliyyəti, yalan danışmamağı, rəhbərinə sadiq qalmağı, vətənini sevməyi, pis əməllərdən-vərdişlərdən uzaq olmağı və s. öyrənmişəm. Yəni, bunları edərkən gənclərə pis nümünə oluram?

Heç vaxt inancımı işimlə qarışdırmamışam! Bu, həmişə kənarda, öz şəxsi həyatımda olub. Amma imanım, Allaha olan güvənim işimdə mənə hər zaman kömək edib ki, daha məsulliyyətli, dürüst, diqqətli olum. Bəlkə hansısa məqamda da bunu bacarmıramsa, bu da artıq mənim öz zəifliyimdir. Amma bu o demək deyil ki, bunu bilərəkdən etdim.

Hər kəs bilir ki, komandamda fərqli inancları olan, fərqli qitələrdən, xalqlardan futbolçular, məşqçilər var. Buna Qurban Qurbanovu sevməyənlərin, işində irad tuta bilməyənlərin zəif gedişi deyək”.

Bənzər xəbərlər