featured-image-57326

“Bu konfransda planetimizin, elə də futbolun gələcəyini Prezident İlham Əliyevlə, bir çox dövlət başçıları və hökümət nümayəndələri ilə müzakirə etdim”.

Msport.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.

Ali futbol qurumunun rəhbəri Bakıya səfəri ilə bağlı yazıb:

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı həyatı önəm daşıyan qlobal problemi həll etmək üçün bir araya toplaşdıqları gözəl Bakıdakı COP29-a dəvət almaq mənim üçün şərəfli idi. Beynəlxalq təşkilat olaraq FIFA ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var, buna məmnun oldum: Uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”, – deyə ali futbol qurumunun rəhbəri vurğulayıb.

Bənzər xəbərlər