İngiltərə nəhəngi “Beşiktaş”ın kapitanını izləyir
“Beşiktaş”ın futbolçusu Orkun Kökçü “Liverpul”un diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi türkiyəli yarımmüdafiəçini yaxından izləyir.
“Liverpul” qış fasiləsində Orkunu heyətinə qatmağı planlaşdırır. Kapitan bu mövsüm Super Liqada 6 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.
Orkunun “transfermarkt”da dəyəri 25 milyon avrodur.







