İran millisinin futbolçusu: "Xalqımız xoşbəxt deyil"
İran millisinin futbolçusu Ehsan Hajsafi ölkədə gedən müqavimət hərəkatını dəstəkləyib.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, Yunanıstanın AEK klubunda çıxış edən müdafiəçi İngiltərə ilə oyundan öncə bu haqda danışıb:
“Bilməlidirlər ki, biz onları dəstəkləyirik. Onlarla bir yerdəyik. Başlarına gələnlərə görə təəssüflənirik.
Etiraf etmək lazımdır ki, ölkəmizdə vəziyyət yaxşı deyil. Xalq xoşbəxt deyil.
Bizim Qətərdə olmağımız o demək deyil ki, orda qalanlara hörmət bəsləməməliyik”.
Xatırladaq ki, İrandakı etirazlar sentyabrın ortalarında 22 yaşlı Mahsa Amininin ölümündən sonra başlayıb. Şəriət polisi qızı hicabı düzgün taxmadığı üçün saxlamışdı. O, polis məntəqəsindən xəstəxanaya aparıldıqdan sonra ölmüşdü.