İranlı futbolçular himni oxumadı, dövlət televiziyası yayımı dayandırdı
Futbol üzrə İran millisinin futbolçuları Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdikləri B qrupunun ilk tur oyunundan öncə dövlət himnini oxumayıblar.
Msport.az xəbər verir ki, yığma üzvləri Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.
İranlı azarkeşlər də futbolçularla həmrəylik nümayiş etdiriblər. Belə ki, onlar da himni fitə basıblar.
İran dövlət televiziyası isə matçın startı öncəsi yayımı dayandırıb. Buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.
Xatırladaq ki, İran yığması bu görüşdə 2:6 hesabıyla məğlub olub.