featured-image-50947

AVRO-2024-ün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib. Görüşdə hesabı İspaniya açsa da, İngiltərə daha sonra tarazlığı bərpa edib. Lakin İspaniya 87-ci dəqiqədə vurduğu qolla yekun hesabı müəyyənləşdirib.

Beləliklə,  Luis de la Fuentenin baş məşqçisi olduğu komanda tarixində 4-cü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-də oynadığı 7 matçın hamısında qələbə qazanıb.

AVRO-2024

Final

14 iyul

23:00. İspaniya – İngiltərə – 2:1

Qollar: Niko Uilyams, 47. Mikel Oyarzabal, 87 – Koul Palmer, 73

Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu

Bənzər xəbərlər