İspaniya millisinin sabiq üzvü karyerasını bitirdi
“Barselona”nın və İspaniya millisinin sabiq üzvü Pedro Rodrigez 39 yaşında karyerasını bitirib.
Msport.az xəbər verir ki, o, son olaraq 5 il (2021-2026) “Latsio”nun şərəfini qoruyub.
Yarımmüdafiəçi “Barsa”nın heyətində 204 oyunda 58 qol vurub. O, “Kataloniya klubu ilə 5 dəfə İspaniya La Liqasını, 3 dəfə isə Çempionlar Liqasını qazanıb.
Pedro İspaniya millisində dünya və Avropa çempionu olub.
39 yaşlı futbolçu “Çelsi” və “Roma”da çıxış edib.







