featured-image-50745

İspaniyanın “Vilyarreal” klubunun prezidenti Fernando Roç 11 ay 28 gün azadlıqdan məhrum edilib.

Msport.az “AS” nəşrinə istinadən xəbər verir ki, funksionerdən başqa daha iki idarəedici direktor da cəza alıb.

Onlar vergi fırıldaqçılığında ittiham olunublar.

Təqsirləndirilən şəxslər komandanın stadionunun yenidən qurulması ilə bağlı sənədlərlə manipulyasiya ediblər. Onlar vergi ödəməmək üçün 2004 və 2005-ci illərdə işlərin dəyəri barədə yalnış məlumat daxil ediblər.

Dələduzluğun 525 440 avro məbləğində olduğu bildirilir.

Bənzər xəbərlər