featured-image-73080

“Ştutqart” qış fasiləsində hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Msport.az xəbər verir ki, Bundesliqa klubu “Rasinq”dən Ceremi Arevalonun keçidini həll edib.

“Ştutqart” ekvadorlu forvard üçün İspaniya klubuna 7 milyon avro təzminat ödəyəcək. Ekvador millisinin üzvü olan 20 yaşlı hücumçu Almaniya klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Ceremi Arevalo bu mövsüm “Rasinq”in heyətində La Liqa 2-də meydana çıxdığı 18 matçda 8 qol vurub.

Bənzər xəbərlər