İsveçdə 20 yaşlı futbolçu güllələnib
İsveçin “Forvard” klubunun 20 yaşlı qapıçısı Xuqo Mossxaqen Erebru şəhərindəki silahlı atışma zamanı ölüb.
Msport.az hadisə martın 21-də gecə saatlarında şəhərin qərbindəki parklama yerində baş verib.
Polis hadisə yerində yaralı Mossxaqeni görsə də, o, sonradan vəfat edib.
Hələ ki şübhəli şəxslər müəyyən edilməyib. Polis Mossxaqenin cinayətkar qruplarla hər hansı əlaqəsini tapa bilməyib. Versiyalardan biri odur ki, futbolçu səhvən güllələnib. Əslində başqa şəxs öldürülməli imiş.
Mossxagen İsveçin 4-cü liqasında çıxış edən “Forvard” klubunda çıxış edirdi.







