featured-image-49838

AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.

Msport.az xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.

İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyaya da qalib gəlib və pley-offa maksimum nəticə ilə adlaylb.

Digər qarşılaşmada İtaliya ilə Xorvatiya üz-üzə gəlib. Kifayət qədər dramatik alınan oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticə İtaliyanı qrup 2-cisi kimi 1/8 finala daşıyıb. Xorvatiya və Albaniya isə turnirlə vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur

24 iyun, B qrupu

23:00. Albaniya – İspaniya – 1:0

Qol: Ferran Torres, 13

Baş hakim: Qlen Niberq (İsveç)

Düsseldorf Arena

23:00. Xorvatiya – İtaliya – 1:1

Qollar: Luka Modriç, 54 – Mattia Zakkani, 90+8

Baş hakim: Danni Makkeli (Niderland)

Leyptsiq Ştadium

1 İspaniya 3 3 0 0 5-0 9
2 İtaliya 3 1 1 1 3-3 4
3 Xorvatiya 3 0 2 1 3-6 1
4 Albaniya 3 0 1 2 3-5 1

 

Bənzər xəbərlər