İtinə görə "Qarabağ"la oyuna gəlməyəcək
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.
Msport.az İsqveçrə mətbuatına istinadən xəbər verir ki, klubun rəhbəri itinə görə Azərbaycana səfər etməyəcək:
“Mən evdə qalacam. İtlərimdən biri yüngül xəsarət alıb. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın”. Kanepa itinin belindən əməliyyyat olunduğunu və hazırda bərpa dövrü keçdiyini deyib: “Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.
Xatırladaq ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.