"Jorje Jezuş öz ölüm əmrini imzalayıb" - Stiven Cerrard
İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Stiven Cerrard Kriştianu Ronaldu ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
Msport.az xəbər verir ki, merssisaydlıların sabiq kapitanı Ronalduya dəstək olub:
“Düşünürəm ki, Jorje Jezuş öz ölüm əmrini imzalayıb. Ronaldu böyük fiqurdur, o, böyük gücdür. Ronaldo bir millət, xalq deməkdir və heç kim bütöv bir xalqa qarşı çıxmır.
Eyni hadisə “Manşçester Yunayted”də Ten Haqın da başına gəlmişdi. Onun da karyerası birdəfəlik məhv oldu. Futbolçular sizə məşqçi kimi hörmət etdiyi kimi, siz də öz oyunçularınıza hörmət bəsləməlisiniz. Düşünürəm ki, Ronaldu ilə Jezuş arasında olan problem də burdan qaynaqlanırdı. Ona uğurlar arzu edirəm, Jezuş üçün isə bilirəm ki, bu iş pis yekunlaşacaq”.
Qeyd edək ki, Kriştianu Ronaldu milli komandanın düşərgəsini tərk etməsi ilə bağlı bəyanat yayıb və o, dolayısı yolla baş məşqçi Jorje Jezuşu günahlandırıb.







