featured-image-48939

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges Ağdam klubuna qayıda bilər.

Msport.az xəbər verir ki, bu barədə “RB Sport” nəşri məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin yenidən Azərbaycan çempionunda çıxış etmək istədiyi bildirilib.

Onub yay transfer dönəmindən komandanı tərk etmək ehtimalı yüksəkdir. “Krasnodar” oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır, sərfəli təklif olsa, transferə mane olmayacaq.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər