Kamal Umudlu İsveç millisinin oyununda
FİFA referesi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, azərbaycanlı hakim bu gün U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç – Şimali Makedoniya oyununu idarə edəcək.
Ona yan xət hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Falkenberq şəhərində yerləşən “Falkon Alkoxolfri Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlanacaq.







