Kubarsi “Sabah”la oyunu buraxa bilər
“Barselona”nın müdafiəçisi Pau Kubarsi zədəsini sağaltsa da özünü baş məşqçi Hans-Diter Flik ehtiyatlı davranmağa üstünlük verir.
Msport.az xəbər verir ki, əzələlərində yüklənmə olan ispaniyalı futbolçu bazar günü “Vilyarreal”la La Liqa matçında və UEFA Çempionlar Liqasının “Sabah”a qarşı oyununda meydana çıxmaya bilər.
Komandanın digər müdafiəçisi Jül Kunde isə artıq topuq nahiyəsindəki narahatlıqdan qurtulub. Onun cümə axşamı kollektiv məşqlərə qoşulacağı gözlənilir. Fransalı futbolçu məşqdə özünü yaxşı hiss edərsə, bazar günü “Vilyarreal”la qarşılaşmada komandasına kömək edə bilər.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu 25 noyabr 2026-cı il, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.







