featured-image-39340

Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə dünya çempionatına yekun vurulub.

Azərbaycan Karate Federasiyasından Msport.az saytına verilən məlumata görə, yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər. Yığma üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı 3-cü yerdə başa vurub.

Bənzər xəbərlər