featured-image-81637

Yeni mövsümdən I Liqada mübarizə aparacaq “Karvan Yevlax” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçi olduğu komanda Antoni Uzodimma ilə anlaşıb.

Nigeriyalı yarımmüdafiəçi ilə Antoni mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin Kayserispor, Girəsunspor, Ankarakeçiörəngücü, həmçinin öz ölkəsinin Emordi və Rasinens klublarında forma geyinib.

Bənzər xəbərlər