"Karvan Yevlax" "Sabah"da oynamış qapıçını transfer etdi - RƏSMİ
I Liqada mübarizə aparacaq “Karvan Yevlax” heyətini gücləndirməkdə davam edir.
Msport.az xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda qapıçı Rüstəm Samiqullin ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
24 yaşlı qolkiper son olaraq “Cəbrayıl” klubunda çıxış edib. O, buna qədər “Sabah” və “Neftçi”də də olub.







